“Mütaliə insanı kamilləşdirir” - VİDEO Hadisə

“Mütaliə insanı kamilləşdirir” - VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Mütaliə insanı kamilləşdirir” adlı videoçarx hazırlanıb.

Kitabxananın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağıran videoçarxda şairin əsərlərindən sətirlər səsləndirilib.

Qeyd edək ki, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən, “Füzuli günləri” layihəsi çərçivəsində MEK-də ilboyu ənənəvi sərgi keçirilir və kitabxananın rəsmi saytında mövzu əsasında elektron məlumat bazası oxucuların istifadəsinə verilib.