BDU-nun Jurnalistika fakültəsində Vüsalə Mahirqızı ilə görüş keçirilib Hadisə

BDU-nun Jurnalistika fakültəsində Vüsalə Mahirqızı ilə görüş keçirilib

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Mətbuat Şurası İdarə Heyətinin üzvü, APA Media Groupun baş direktoru Vüsalə Mahirqızı ilə görüş keçirilib.

APA-nın məlumatına görə, fakültədə fəaliyyət göstərən Mətbuat Şurası otağında baş tutan görüşdə iştirak edən dekan Vüqar Zifəroğlu fakültədə mütəmadi olaraq tanınmış jurnalistlərlə görüşlər keçirildiyini qeyd edib.

O bildirib ki, Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə də davamlı görüşlər keçirilir, bundan sonra da bu görüşlər davam etdiriləcək.

Öz növbəsində, Vüsalə Mahirqızı yeni yaradılan APA Jurnalist Məktəbi barədə tələbələrə məlumat verib. O, həmçinin, müasir media trendləri, ənənəvi medianın yeni mediaya transformasiyası, sosial mediada trendlər, gələcəkdə yaranması mümkün görünən sahələrlə bağlı jurnalistlərin araşdırmalı olduğu məsələlər barədə danışıb.

Daha sonra Vüsalə Mahirqızı tələbələrin suallarını cavablandırıb.