Türkiyədə baş vermiş zəlzələdə 200-ə yaxın insan yaralanıb, binalara ziyan dəyib - YENİLƏNİB Hadisə

Türkiyədə baş vermiş zəlzələdə 200-ə yaxın insan yaralanıb, binalara ziyan dəyib - YENİLƏNİB

Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 187 vətəndaş yaralanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Ətraflı

Ads by

3

Reklamınızı SmartBee ilə effektiv edin.

Ads by

5

Reklamınızı SmartBee ilə effektiv edin.

O qeyd edib ki, zəlzələ nəticəsində həyatını itirən olmayıb.

***

16:41

Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində Elazığda 94 nəfər yaralanıb, 2 binaya ciddi ziyan dəyib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Qeyd edək ki, səhər saatlarında Malatyanın Kale rayonunda baş vermiş 5,9 maqnitudalı zəlzələ ətraf bölgələrdədə də hiss olunub.

***

12:00

Türkiyənin Malatya bölgəsində 5.9 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ Diyarbakır, Tunceli və Elazığda da hiss edilib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.