Tovuz şərab zavodu yanır Hadisə

Tovuz şərab zavodu yanır

Tovuzda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki orada yerləşən şərab zavodunda anidən yanğın olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.