Sabirabadda qaz sızmasından partlayış olub, xəsarət alan var Hadisə

Sabirabadda qaz sızmasından partlayış olub, xəsarət alan var

Sabirabadda qaz sızmasından partlayış olub.

Hadisə Sabirabad rayonunun Məmişlər kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Zeynalova Nüşabə Nizami qızı evin hamamında baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib. Oradan isə Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi gözlənilir.