Laçında 1 tondan artıq çətənə kolu məhv edilib Hadisə

Laçında 1 tondan artıq çətənə kolu məhv edilib

Laçında yabanı halda bitən 1 tondan artıq çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə göə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq növbəti tədbir keçirilib.

Nəticədə Pircahan kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 6350 ədəd çətənə kolu yığılaraq məhv edilib.