Cəbrayılda iki maşın toqquşub, ölən və xəsarət alan var Hadisə

Cəbrayılda iki maşın toqquşub, ölən və xəsarət alan var

Cəbrayılda ölümlə nəticələnən yol qəzası olub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün saat 9 radələrində rayonun Soltanlı kəndi ərazisində qeydə alınıb. Sulduz Qəmbərzadənin idarə etdiyi “Ford” markalı avtomobil və Ədalət Zeynalovun idarə etdiyi “Niva” markalı minik maşını toqquşub. Hadisə nəticəsində “Niva”nın sürücüsü ölüb. “Ford”un sürücüsü isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.