Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb Hadisə

Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb

Tovuzda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon Qovlar şəhər sakini 1966-cı il təvəllüdlü Məcid Bədirov, 2023-cü il təvəllüdlü Onur Bədirov, Tovuz şəhər sakini 1970-ci il təvəllüdlü Xanım Bədirova, Əyyublu kənd sakini 1994-cü il təvəllüdlü Gülnar Xəlilova,1992-ci il təvəllüdlü Şahmar Məmmədov,1963-cü il təvəllüdlü Səlfinaz Rüstəmova, Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Sevinc Nəbiyeva müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.