QHT sədrləri "İqdırspor"un prezidenti ilə görüşüb Hadisə

QHT sədrləri "İqdırspor"un prezidenti ilə görüşüb

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri, qazi Bəhruz Məmmədzadə və “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev Iğdırda Türkiyə AK Parti millət vəkili, İqdırsporun prezidenti Cantürk Alagöz ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, səmimi görüşdə bir çox məsələlər müzakirə edilib.
Görüş zamanı həmçinin Ramil Əliyev gələcəkdə İqdırsporun Azərbaycanda yoldaşlıq oyunu keçirməsini təklif edib. Cantürk Alagöz təklifi müsbət qarşılayaraq bu oyunun keçirilməsinə çalışacağına söz verib.
Sonda C.Alagöz B.Məmmədzadə və R.Əliyevə imzalı forma hədiyyə edib.