Ordumuzun mayoru dünyasını dəyişdi Hadisə

Ordumuzun mayoru dünyasını dəyişdi

Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib.

Xalqcebhesi.az Unikal-a istinadla xəbər verir ki, mayor Famil Əliyev bu gün ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki F Əliyev Şuşada yerləşən N saylı hərbi hissələrin birində çalışırmış. Mərhum sabah Gəncədə dəfn ediləcək.