“O tələbənin təqaüd alma haqqı digərinə nisbətən daha çoxdur” Hadisə

“O tələbənin təqaüd alma haqqı digərinə nisbətən daha çoxdur”

“Hazırda dövlət hesabına təhsil alan tələbələrin həm də təqaüd alma imkanları var. Daha sonrası isə bu, onların universitetdə göstərdiyi nəticəyə görə tənzimlənir”.
Bunu xalqcebhesi.az-a açıqlmasında təhsil üzrə ekspert Adil Vəliyev söyləyib.
O həmçinin bildirib ki, başqa bəzi təqaüdlər var ki, bu təqaüdlərə tələbələr özləri də müraciət edə bilirlər: “Bəzən görürük ki, özəl müəssisə və özəl şirkətlər tələbələr təqaüddən istifadə etsinlər deyə hər hansı bir təqaüd imkanı yaradır. Düşünürəm ki, təqaüd sistemi tələbələr arasında rəqabətin daha ədalətli formada formalaşmasına gətirib çıxarır. Bundan əlavə də qeyd edim ki, dövlət hesabına təhsil alan tələbələrin təqaüdünün kəsilməsində də haqlı bir rəqabət nəzər alınıb. Çünki əgər tələbə dövlət sifarişli qəbul olursa, daha sonra dərslərinə diqqət yetirmirsə, ümumi ortalama göstəricisi aşağı olursa və ya kəsirləri aranırsa, sözsüz ki, tələbə adını qazanan digər tələbə yoldaşlarının ümumi ortalama göstəricisi yaxşıdırsa, təhsil sahəsində daha yaxşı nəticə əldə edirsə, o tələbənin təqaüd alma haqqı digərinə nisbətən daha çoxdur”.
Ekspert qeyd edib ki, belə rəqabət onların daha çox dərslərinə fikir verməsinə, öz ixtisasları üzrə mütəxəssis olmasına kömək edəcək.

Röya