AYNA: Babək prospektində “geriyə dönmə” yerləri standartlara uyğun qurulmayıb Hadisə

AYNA: Babək prospektində “geriyə dönmə” yerləri standartlara uyğun qurulmayıb

Bakının Babək prospektində “geriyə dönmə” yerləri standartlara uyğun qurulmayıb.

Bunu "APA-Economics"in sualına cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.

“Həmin “geriyə dönmə” yerləri vaxtilə bu cür layihələndirilib və qurulub. Babək prospektindəki problemləri nisbətən aradan qaldırmaq üçün son 2-3 ildə üç yeni yol kəsişməsi yaratmışıq”, - deyə T.Səfərov əlavə edib.