“Bu, tələbələrin oxuma həvəsini aşağı salır” Hadisə

“Bu, tələbələrin oxuma həvəsini aşağı salır”

“Dövlət hesabına təhsil alan tələbənin kəsiri olan zaman təqaüdünün kəsilməsi düzgün qərar deyil. Tələbə həmin hüququ qazanıb və bu hüquq tələbənin necə təhsil almasından asılı olmayaraq nəzərdə tutulan tədris müddətinin sonuna, yəni 4 illik bakalavr təhsilinin sonuna kimi verilməlidir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında təhsil üzrə ekspert Cahid İmanlı deyib.
O bildirib ki, tələbənin tədris müddəti nəzərdə tutulan vaxtdan artıq olarsa, o zaman onun təqaüdü kəsilə bilər.
C.İmanlı həmçinin əlavə edib ki, bu qayda həm də müəyyən neqativ halların yaşanmasına da səbəb olur: “Heç kimə sirr deyil ki, tələbələrin imtahandan kəsilməsi bəzi universitetlər üçün büdcəyə qənaət və ya hansısa müəllimlərə əlavə qazanc deməkdir. Buna görə də bu vasitə ilə tələbələrə stimul verilməsi düzgün deyil, əksinə düşünürəm ki, bu, onların oxuma həvəsini daha da aşağı salır”.