Bakıda bu ərazidəki qanunsuz söküntü dayandırıldı - Video Hadisə

Bakıda bu ərazidəki qanunsuz söküntü dayandırıldı - Video

12:33

Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivində sakinlər evdə ola-ola söküntü işləri aparılıb.

Xalqcebhesi.az Bakı.vs-yə istinadən xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, ərazidə tikinti şirkətlərindən biri tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirilib ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.

Baş verənlərlə bağlı söküntünü həyata keçirən tikinti şirkətinə sorğu ünvanlansa da, hələlik heç bir cavab verilməyib.

***

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Yasamal rayonunun 1-ci Alatava qəsəbəsi, 128B ünvanındaki yaşayış binasının sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə mübasibət bildirib.

Qurumdan verilən məlumatda deyilir ki, bu ilin aprel ayından Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə akşar edilib.

Özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin gördüyü operativ tədbirlər nəticəsində özbaşına söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb.