Laçının bu kəndlərinə qar yağdı - Foto Hadisə

Laçının bu kəndlərinə qar yağdı - Foto

Şərqi Zəngəzurun dağlıq hissələrinə yağan qar bu gün Laçın rayonunda da müşahidə olunub.

Xalqcebhesi.az Azərtac-a istinadən xəbər verir ki, əsrarəngiz təbiəti ilə seçilən Mirik və Quşçu kəndlərinə payız mövsümündə qar yağıb.

Bu gün, həmçinin Şuşa-Laçın yolunun bəzi yerlərinə də qar düşüb. Qar Şuşa rayonu Turşsu kəndində də müşahidə edilib.