Gəmilərdən zibil və başqa predmetlər atmağa görə cərimə 10 dəfə artırılır Hadisə

Gəmilərdən zibil və başqa predmetlər atmağa görə cərimə 10 dəfə artırılır

Gəmilərdən zibil və başqa predmetlər atmağa görə cərimə artırılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, gəmilərdən zibil və başqa predmetlər atmağa görə otuz manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, gəmilərdən tullantı və başqa predmetlər atmağa görə üç yüz manat məbləğində cərimə ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.