Neft Emalı Zavodunda yanğın söndürülüb Hadisə

Neft Emalı Zavodunda yanğın söndürülüb

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.

Məlumata görə, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.