İmişlidə 11 min ağac əkiləcək Hadisə

İmişlidə 11 min ağac əkiləcək

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində İmişli rayonunda da silsilə tədbirlər davam etdirilir. Artıq dörd gün ərzində müxtəlif ərazilərdə 2 minə yaxın ağac əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə növbəti ağacəkmə aksiyası Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun kənarında gerçəkləşib. Aksiya zamanı avtomobil yolunun kənarında 600-ə yaxın şam ağacı əkilib, yeni əkilən tinglər suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib və ərazidə müvafiq abadlıq işləri aparılıb.

Qeyd edək ki, İmişli rayonu ərazisində, ümumilikdə, 11 min ədəd müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulub.