“Bu, şəhərin mərkəzində yağıntı sularının sürətlə toplanmasına səbəb olur” Hadisə

“Bu, şəhərin mərkəzində yağıntı sularının sürətlə toplanmasına səbəb olur”

“Şəhərlərdə kanalizasiya sistemi ilə yağış sularını aparan drenaj sistemi fərqlidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru Sahib Məmmədov deyib.
S.Məmmədov bildirib ki, Bakının dağlıq sahələrinin olması şəhərin mərkəzində yağıntı sularının sürətlə toplanmasına səbəb olur: “Kanalizasiya sistemi bu suaları çəkib aparmaq imkanında deyil. Nəzər almalyıq ki, hər gün yalnız Nizami metrosunun yaxınlığında 70 metr dərinlikdə tikilmiş təbii yolla suyun yığışdığı su anbarında suyun səviyyəsini saxlamaq üçün sutkada 3 000 kub şirin su, həmçinin metro tunellərində toplanan təxminən sutkada 20 000 kub şirin su kanalizasiya sisteminə ötürülür (əslində istifadə olunmalıdır) o zaman kanalizasiya sisteminin əlavə suları axıtmaq imkanının olmadığı məlum olur.
Yağış-drenaj sistemi bəzi küçələrdə əvvəllədə var idi, amma sonradan asfaltlama, yolların genişləndirlməsi zamanı onların çoxu bağlandı”.