“Belə kobud müxadilə cəhdi qəbulolunmazdır”– siyasi şərhçi Hadisə

“Belə kobud müxadilə cəhdi qəbulolunmazdır”– siyasi şərhçi

“Qərbin Gürcüstanı sanksiya ilə hədələməsi, onlarla təhdid, şantaj dili ilə danışması qəbul edilən deyil”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.
Siyasi şərhçi bu hərəkətin başqa dövlətin işinə qarışmaq demək olduğunu bildirib: “Düzdür, Qərb ölkələri bunu müxtəlif məsələlərlə əlaqələndirib əsaslandırmağa çalışırlar ki, belə müdaxilələr etməyə ixtiyarları var. Yəni onlar bu məsələləri belə şərh etməyə çalışırlar. Amma düşünürəm ki, Gürcüstanın daxili işlərinə belə kobud şəkildə müxadilə etmək cəhdi qəbul edilən deyil”.
M.Göyüşlü bu müdaxilələri düzgün, məqsədəuyğun hesab etmədiyini vurğulayaraq əlavə edib ki, Gürcüstanda seçkilərin keçirilməsinə, xalqın öz hüquqlarını, taleyini özü tərəfindən müəyyən etməsinə imkan və şərait yaratmaq lazımdır.

Röya İsrafilova