Xaçmaz şəhərinə elektrik enerjisinin verilişi dayandırılıb Hadisə

Xaçmaz şəhərinə elektrik enerjisinin verilişi dayandırılıb

Bu gün saat 01.40-dan etibarən Xaçmaz şəhərinə elektrik enerjisinin verilişi dayandırılıb.

APA-nın Şimal bürosu xəbər verir ki, ötən bir həftədə hər gecə saat 02.00 radələrindən səhər saatlarına kimi Xaçmaz şəhərinə elektrik verilişi dayandırılır.

Hazırda Xaçmaz şəhərində heç yerdə işıq yanmır.

Məsələ ilə bağlı "Azərişıq" ASC-nin Xaçmaz şəhər idarəsindən bildirilib ki, elektrik enerjisinin verilməsində məhdudiyyətlər hava şəraiti ilə əlaqədardır.