Oğurladığı 4500 manatı mobil oyunlara xərcləyən Cəlilabad sakini saxlanılıb Hadisə

Oğurladığı 4500 manatı mobil oyunlara xərcləyən Cəlilabad sakini saxlanılıb

Cəlilabadda oğurluq əməlini törədən şəxs saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonu ərazisində yerləşən marketlərdən birinin seyfindən 4500 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı T.Həmidov saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxs işlədiyi mağazanın seyfindən oğurladığı pulları onlayn mobil oyunlara xərcləyib.

Faktla bağlı araşdırma aparılır.