Komitə sədri Müqəddəs Məryəmin Mövludu kilsəsinin fəaliyyəti ilə tanış olub Hadisə

Komitə sədri Müqəddəs Məryəmin Mövludu kilsəsinin fəaliyyəti ilə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 25-də Müqəddəs Məryəmin Mövludu kilsəsində olub.

Kilsə ilə tanışlıqdan sonra burada fəaliyyət göstərən din xadimləri ilə söhbət zamanı Ramin Məmmədov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini konfessiyalara dövlət dəstəyi siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun uğurla davam etdirilir. Komitə sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarixi və dini abidələrin bərpasına xüsusi diqqət yetirdiyini vurğulayıb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dini qurumlara dövlət dəstəyinin göstərilməsi tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir.

Bakı Yeparxiya İdarəsinin katibi, protoiyerey Dionisiy Sveçnikov və kilsənin baş keşişi Aleksandr Novikov Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən məmnunluqlarını bildirərək, kilsənin həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd ediblər. 2019-2021-ci illərdə Prezident İlham Əliyevin Sərəncamı ilə kilsədə aparılan genişmiqyaslı bərpa işlərini təqdirəlayiq addım kimi dəyərləndirərək minnətdarlıqlarını ifadə ediblər.

Cavid