Bakıda Babək prospektində yanğın məhdudlaşdırıldı Hadisə

Bakıda Babək prospektində yanğın məhdudlaşdırıldı

17:45

Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən obyektdə yanğın baş verib.

Bu barədə Xalqcebhesi.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətimdə tədbirlər davam etdirilir.