Emin Əmrullayev Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti ilə görüşüb - FOTO Hadisə

Emin Əmrullayev Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti ilə görüşüb - FOTO

Oktyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Aliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xalqcebhesi.az xəbər veriri ki, görüşdə Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, Füzulidə 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşasında Özbəkistan tərəfinin göstərdiyi xüsusi dəstək vurğulanıb.

Eyni zamanda tərəflər sözügedən Fondla gələcək birgə fəaliyyət, qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə müzakirə aparıblar.

Emin Əmrullayev Özbəkistanın Emin Əmrullayev Özbəkistanın