Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub - FOTO - YENİLƏNİB Hadisə

Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub - FOTO - YENİLƏNİB

Bu gün Bakının 496 küçəsi yuyulub.

Bu barədə Xalqcebhesi.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, oktyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda aparılan genişmiqyaslı abadlıq işləri nəticəsində küçə və yol kənarlarında, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 496 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, yaşıllıqlara qulluq göstərilib.

Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olub.

***

12:36

Şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, oktyabr ayının 26-da paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi təşkil edilib.

Bu barədə Xalqcebhesi.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından eibarən əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. İməclik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Həmçinin ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.

Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub  - FOTO   - YENİLƏNİB Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub  - FOTO   - YENİLƏNİB Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub  - FOTO   - YENİLƏNİB Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub  - FOTO   - YENİLƏNİB Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub  - FOTO   - YENİLƏNİB Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub  - FOTO   - YENİLƏNİB Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub  - FOTO   - YENİLƏNİB Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub  - FOTO   - YENİLƏNİB