Elçin Mirzəbəyli Ağsuda və rayonun Bozavand kəndində sakinlərlə görüşüb Hadisə

Elçin Mirzəbəyli Ağsuda və rayonun Bozavand kəndində sakinlərlə görüşüb

Millət vəkili Elçin Mirzəbəyli oktyabr ayının öncədən müəyyənləşdirlmiş və elan edilmiş qrafikinə uyğun olaraq, növbəti fərdi vətəndaş qəbulunu Ağsu şəhərində və rayonun Bozavand kəndində keçirib.

Deputat müraciət edən hər kəsi ayrı-ayrılıqda dinləyib, müraciətlərini qeydə alıb, dərhal həll edilməsi mümkün olan məsələlərlə bağlı müvafiq addımların atılmasına vəsilə olub. O, qeyd edib ki, digər müraciətlərdə yer alan şəxsi problemləri ən qısa vaxtda sistemləşdirib təhlil etdikdən sonra həllinə çalışacaq.

Ağsu sakinləri ilə şəhərdə, daha sonra isə Bozavand kəndində keçirdiyi görüşlərdən sonra, Ağsu Tədris Mərkəzinin müdiri sözügedən təhsil ocağını ziyarət edib, yaradılan şəraitlə tanış olub, həyata keçirilməsi mümkün olan layihələr haqqında danışıb.

Deputat qeyd edib ki, Ağsu Tədris Mərkəzində xeyirxah və vətənsevər insanlar tərfindən yaradılan şərait, bütövlükdə bu təhsil ocağının yaranma tarixçəsi və səbəbləri, qənaətimə görə, bütövlükdə nümunə kimi qəbul oluna bilər.

E.Mirzəbəyli vurğulayıb ki, tezliklə Ağsuda təhsilin keyfiyyətinin yüksəldilməsi və rayonun bölgənin keyfiyyətli təhsil mərkəzlərindən birinə çevrilməsi ilə bağlı təkliflərii müvafiq qurumlara təqdim edəcək.