Sumqayıtda 46 yaşlı ustanı cərəyan vuraraq öldürüb Hadisə

Sumqayıtda 46 yaşlı ustanı cərəyan vuraraq öldürüb

Sumqayıtda 46 yaşlı ustanı elektrik cərəyanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə “Mero” adlanan ərazidə qeydə alınıb.

1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədovu işlədiyi fərdi evdə elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Fakt araşdırılır.