Elnur Eltürk mükafatlandırılıb Hadisə

Elnur Eltürk mükafatlandırılıb

Tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı, Kərkük Kültür Dərnəyinin rəhbəri doktor Şəmsəddin Kuzəçi Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürkü kərküklü ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas Əta Tərzibaşının anadan olmasının 100 illik yubileyinə həsr edilən tədbirlərə verdiyi töhfələrə görə təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnaməni E.Eltürkə Kərkük Kültür Dərnəyi adına Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, tanınmış şair Rəsmiyyə Sabir təqdim edib.