Lənkəranda kütləvi dava: 5 nəfər yaralandı Hadisə

Lənkəranda kütləvi dava: 5 nəfər yaralandı

Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

Belə ki, dava zamanı rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.

Digər iştirakçılar - Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə, Lənkəran rayonu, Boladi kənd sakini, 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.