Ağsuda ağır qəza: ölən var Hadisə

Ağsuda ağır qəza: ölən var

Ağsuda ağır yol qəzası baş verib.

Xalqcebhesi.az xəbər verir ki, hadisə axşam saatlarında Ağsu-Kürdəmir avtomobil yolunda, Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.