Jurnalistlər üçün "COP29 və Dayanıqlı Media Təcrübəsi" mövzusunda təlim başa çatıb Hadisə
ADA Universitetində Medianın İnkişafı Agentliyinin, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasını (COP29) işıqlandıracaq jurnalistlər üçün "COP29 və Dayanıqlı Media Təcrübəsi" mövzusunda təlimlər başa çatıb.
APA xəbər verir ki, sonuncu gündə “Azərbaycanın Qlobal Həmrəyliyin təmin edilməsinə yanaşması”, “Post-COP29: İqlim Dəyişikliyi şərtləri daxilində diqqət mərkəzində qalmanın yolları” mövzularında fikir mübadiləsi aparılıb.
"Economyfirst Limited" şirkətinin direktoru Klaus-Peter Ralf Yürgens, Türkiyəli tanınmış televiziya aparıcısı və jurnalist Ali Aslan, NTV telekanalının Xəbər müdiri Yeşim Sağlam iştirakçılara iqlim dəyişikliyi, eləcə də iqlim maliyyəsi mövzularında müsahibə texnologiyaları, iqlim dəyişikliyi sahəsində aktual mövzularla bağlı sualların seçilməsi və mövzuların işlənməsi zamanı diqqət yetirilməli olan məqamlar, habelə digər zəruri məsələlərlə bağlı məlumat veriblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.