Şabranda bıçaqla oynayan uşaq boğazını kəsdi Hadisə

Şabranda bıçaqla oynayan uşaq boğazını kəsdi

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Xalqcebhesi.az-ın Report-a istinadən məlumatına görə, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü Fatimə Müzəffər qızı İsmixanova yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.

Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.