Gəncədə 44 yaşlı kişi qətlə yetirildi Hadisə

Gəncədə 44 yaşlı kişi qətlə yetirildi

Gəncə sakinini öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini, 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.