Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Noyabrın 3-ü saat 01 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
APA-nın xəbərinə görə, nəticədə "Mercedes"-in sürücüsü Elgiz İsmayılov, sərnişinləri- 1980-ci il təvəllüdlü Əlzamin Mirzəyev, arvadı 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1973-cü il təvəllüdlü Təyyub Məhərrəmov, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva, 1983-cü il təvəllüdlü Habil Həbliyev, eləcə də sonuncunun azyaşlı oğlu xəsarət alıb və arvadı, 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində
cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.