Bakıda oğlan anasının boynunu sındıraraq öldürdü - Detallar Hadisə

Bakıda oğlan anasının boynunu sındıraraq öldürdü - Detallar

10:49

Bakıda dəhşətli cinayət törədilib.

Xalqcebhesi.az lent.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.

Yardımlı rayon sakinləri - 2004-cü il təvəllüdlü Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.

Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və prokurorluğa təhvil verilib.

***

Bakıda törədilən dəhşətli cinayətin detalları məlum olub.

Milli.az xəbər verir ki, dəhşətli cinayət hadisəsinə səbəb 20 yaşlı Sadiqin anasını evdə başqa kişi ilə tutması olub. Anasını öldürdükdən sonra S.Beybudlu həmin şəxsi - Elvin Allahverdiyevi də yaralayıb.

Oğlu tərəfindən qətlə yetirilən Zəminə Beybudlunun qohumlarının sözlərinə görə, o, ilk ailəsindən ayrılıb və Sadiq Beybudlu da onun ilk evliliyindən olan övladı olub.