“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər  verən "Birinci" tarifini təqdim edir Hadisə

“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər  verən "Birinci" tarifini təqdim edir

İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə əməkdaşlıq çərçivəsində yeni “Birinci” tarif paketini təqdim edir.
Abunəçilər “Birbank” mobil tətbiqinə “Bakcell” nömrəsi əlavə etməklə “Birinci” tarifinə qoşula, onu idarə edə və dərhal “Trendyol”, “Umico”, “Birbank” və “M10” kimi platformalarda xüsusi üstünlüklərdən yararlana bilərlər. “Birinci” tarifi daxilində “Bakcell” müştərilərinə ölkədaxili zənglər üçün dəqiqələr, əsas internet balansı, sosial şəbəkələr üçün əlavə internet balansı təqdim olunur. Bundan əlavə, tarifə qoşulan abunəçilər “Trendyol”da alış-veriş zamanı ayda 2 dəfə 10% endirim və ödənişsiz “Umico Premium” abunəliyi əldə edəcəklər.
Eyni zamanda, müştərilər “Birbank” kartları ilə əməliyyatlar və “m10”la QR ödənişlər zamanı əlavə keşbek qazanacaqlar. “Birinci” tarifinin başlanğıc qiyməti 6.9 AZN-dir.
Qeyd edək ki, “Bakcell” abunəçiləri “Birinci” tarifinə yalnız “Birbank” mobil tətbiqi vasitəsilə qoşula bilərlər. Tarif paketi ilə bağlı ətraflı məlumatı “Bakcell”“Kapital Bank”ın rəsmi saytlarından və ya sosial şəbəkə hesablarından əldə etmək olar.
Gələcəyə hədəflənən yeni brend strategiyası ilə “Bakcell” ölkəmizdə abunəçilərə innovativ xidmət və məhsullar təqdim edir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərinin ixtiyarına verəcək.