İslam Məsələləri üzrə Ali Şuranın sədri: Bakı Sammiti sülhün və əmin-amanlığın qorunmasına xidmət edir Hadisə

İslam Məsələləri üzrə Ali Şuranın sədri: Bakı Sammiti sülhün və əmin-amanlığın qorunmasına xidmət edir

Təəssüf ki, bəzən dinlərdən müxtəlif xalqlar arasında aqressiyanın yaradılması üçün istifadə edirlər.

APA xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin açılış mərasimində İslam Məsələləri üzrə Ali Şuranın sədri Abdulrahman Mohamed Raşad AlKhalifa deyib.

O diqqətə çatdırıb ki, Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsinə, sülhün və əmin-amanlığın qorunmasına xidmət edir: “Dünyanın bütün dinlərində ətraf mühitə dəyər olduqca vacib yer tutur. Xalqlar arasında əlaqələrin genişləndirilməsi vacibdir. Biz birlikdə insan dəyərlərinin qorunmasına çalışmalıyıq. Parlaq gələcəyə doğru daha çox addımlar atmaq lazımdır. Ətraf mühitin qorunması İslam dinində olduqca vacib amildir. Bütün bunlar, həmçinin insanların rifahının yaxşılaşmasına zəmin yaradacaq”.