Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta qeydə alınıb - Faktiki hava Hadisə

Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta qeydə alınıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Agentliyindən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2 mm, Astarada 28 mm, Lənkəranda 10 mm, Lerikdə 7 mm, Qəbələdə 6 mm, Şamaxıda 5 mm, Şəki, Oğuz, Quba, Neftçala, Göygöl, Daşkəsən, Şərur, Ağsu, İsmayıllı, Şabran, Zaqatala, Balakən, Qobustan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Yardımlı, Biləsuvarda 2 mm olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Şamaxı, Qobustan, Xaltan, Şərur, Göyçay, Naxçıvan, Gəncə, Biləsuvar, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 , Naxçıvan MR-da 4 , Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 3 , yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta qeydə alınıb.