Nəhəng mərcan kəşf edilib Hadisə

Nəhəng mərcan kəşf edilib

İndiyə qədər kəşf edilmiş ən böyük mərcan Sakit Okeanın cənub-qərbində yerləşən Solomon adalarında tapılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “hurriyet.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, dünyanın ən böyük mərcanını iqlim dəyişikliyindən necə təsirləndiklərini görmək üçün Sakit okeanın ucqar hissələrini ziyarət edən National Geographic gəmisində işləyən operator tapıb.

National Geographic komandasından Manu San Feliks deyib: “Xəritədə gəminin qəzaya uğradığını yazan yerə daldım, sonra bir şey gördüm. Çox duyğusal idi. Yüz illərlə eyni yerdə qalan və mövcudluğunu davam etdirən bir şeyə qarşı böyük bir sayğı duydum”.

Qeyd edək ki, aşkar edilmiş mərcanın eninin 34 metr, uzunluğunun 32 metr, hündürlüyünün isə 5,5 metr olduğu qeydə alınıb. Nəhəng mərcanın 300 ildən çox yaşı ola biləcəyi təxmin edilir.