Ukrayna dairəsində yeni yanaşma tətbiq ediləcək - VİDEO Hadisə
- 12:59
- 805
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən "Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə yeni layihə hazırlanıb.
Bu barədə “APA-Economics”ə AYNA-dan bildirilib
Məlumata görə, ərazidə yol infrastrukturu, küçə-yol şəbəkəsi və nəqliyyat axını təhlil edilib. Həmin kəsişmə üçün ən optimal həll üsulu kimi turbo tipli dairənin inşası nəzərdə tutulub. Təklif layihəsi Nəqliyyatı Əlaqələndirmə Şurasında müvafiq qaydada təsdiq edilib.
Təklif edilən turbo tipli dairə ölkəmiz üçün nizamlanmayan mürəkkəb yol kəsişmələrində yeni bir yanaşma, müasir həll yolu hesab edilir.
Hazırda dairənin standartlara uyğun olmaması burada bir sıra nəqliyyat problemlərinə səbəb olur. Belə ki, dairənin giriş-çıxış saylarının 2 və ya 3 hərəkət zolağından ibarət olmasına baxmayaraq, dairənin daxilində bu, 6, 7 bəzi hallarda isə 8 zolaqdan ibarətdir. Bu da dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tau küçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən Məhəmməd Hadi küçəsinə dairəyə daxil olmadan birbaşa sağa hərəkət etmək olacaq. Dairədə hərəkət 3 zolağa bölünəcək. Həmçinin yol kəsişmələrində piyada təhlükəsizliyinin təmin olunması üçün səki sahələri və eynisəviyyəli piyada keçidləri təşkil ediləcək.
Layihə həyata keçirildikdən sonra:
münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;
dairənin buraxılış qabiliyyəti artırılacaq;
hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.
Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması, zəruri olan yol nişanları və nişanlanma xətlərinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, bu tip dairələr nəqliyyat sahəsində inkişaf etmiş bir çox Avropa ölkələrində, xüsusilə Almaniya, Norveç, Niderland kimi ölkələrdə də geniş istifadə olunur.
-
Azərbaycan neçə ölkəyə qaz satır?
-
İstanbul hava limanında uçuşlar təxirə salındı
-
Türkiyədə böyük terrora hazırlaşan "Savaş" saxlanıldı
-
Ərdoğandan nazirə hücuma reaksiya: Belə davam edəcəyik
-
Ukrayna ilə Rusiya arasında danışıqlar: 46 nəfər qaytarıldı
-
Türkiyə gəmisi Somali sahillərində kəşfiyyata başladı
-
Kursk üzərində 3 Ukrayna raketi vuruldu
-
"Araz" qalib gəldi, "Qarabağ"ı qabaqladı
-
Qərb sərhədlərimizdə hərbi mövcudluğunu artırır
-
İsrailin Suriya ərazisini vurmasına Rusiyadan sərt reaksiya
-
"Bakı Sığorta" ləğv olundu
-
Ermənistanda İrana məxsus yük maşını qəzaya uğradı: ölən var
-
Bu ölkələr COP29-da birləşməlidir - Quterreş
-
Almaniyada yük qatarı relslərdən çıxaraq aşıb
-
Gəncənin bəzi ərazilərində qazın verilişi bərpa olundu
-
Həll olunmamış məsələlər üzərində iş gedir - COP29 sözçüsü
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi - Foto
-
İsrail yorulub, mütləq hücum olacaq - Salami
-
Husilər İsrail hərbi bazasına raket zərbəsi endirdi
-
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
-
İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib
-
“Oreşnik” bütün hədəfləri məhv etdi - Rusiya MN
-
Sumqayıta ləğv edilmiş reyslər bərpa olunur
-
Zelenski cavabımızdan qorxdu - Lavrov
-
3 min manat alanların pensiyasında 240 manat artım...
-
Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq
-
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
-
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq
-
Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu...
-
Prezident İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
-
Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib
-
COP29 Sədrliyi bəyanat yayıb
-
Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir
-
Qərbi azərbaycanlı: Ermənilərin çirkin əməllərini, nifrətini gözlərimlə görürdüm
-
Azərbaycan və Almaniya XİN başçıları görüşüb
-
Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib
-
Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
-
"Məhkəmənin qərarı Netenyahu hökumətini dəstəkləyənləri düşündürməlidir"
-
Uqandalı iştirakçı: COP29-dan gənclərin səsinin eşidilməsini gözləyirəm
-
Sahibkarın pullarını mənimsəyib "TikTok"da hədiyyələr göndərən şəxsə hökm oxunub
-
Türkiyənin UEFA Millətlər Liqasındakı rəqibi bəlli olub
-
Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb
-
Azad olunmuş ərazilərə dekabr ayı üçün avtobus biletləri satışa çıxarılır
-
Qazaxın azad olunan 4 kəndində gələn il yeni zastavalar tikiləcək
-
Berbok: İqlim dəyişikliyi problemindən çıxış üçün adaptasiya planlarını təsdiqləməliyik
-
Şirvanda 4 yaşlı uşağı avtomobil vurub
-
İsrailin baş naziri HƏBS OLUNACAQMI? – Netanyahunun yeganə ÇIXIŞ YOLU - FOTO
-
Kreml: Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır
-
Nazirlik “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda olunan dəyişikliyi şərh edib
-
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
-
Peskov: Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur
-
Muğlada zəlzələ
-
Qazaxıstanın daha bir həndbol klubu Bakıya gələcək
-
Azərbaycanın FIFA referisi İspaniya klubunun oyununu idarə edəcək
-
“Ermənistan müharibəyə hazırlaşır”-Fəzail Ağamalı
-
Goranboyda qadın bıçaqlanıb
-
Əsl müharibə cinayətkarları cəzasız qalıb - Barux Leviev
-
Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO