Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
22 Noyabr 22:25
22 Noyabr 22:25
22 Noyabr 18:34
22 Noyabr 17:20
22 Noyabr 17:11
Bu ilin aprel ayında Bakıda idarə etdiyi yük maşını ilə 39 yaşlı şəxsin üstündən keçən İran vətəndaşına hökm oxunub.
Xalqcebhesi.az Publika.az-a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsinin hökmü ilə İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Mənsur Əziz oğlu Əfruza (Mansoor Aziz oğlu Afrooz) 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə onun Azərbaycandan məcburi çıxarılması da qeyd edilib.
Bildirilib ki, hadisə Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karvansaray” Ticarət Mərkəzinin həyətində baş verib. Mansur Əfruz idarə etdiyi DAF XF 480 FT markalı yük avtomobillə oranın mühafizəçisi 1985-ci il təvəllüdlü Sahib Alıxan oğlu Oruclunu vurub.
Nəticədə Sahib Oruclu hadisə yerində ölüb.