Dövlət Komitəsinin sədri BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək Hadisə

Dövlət Komitəsinin sədri BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) 25-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək 10-cu Qlobal Forumunda iştirak edəcək.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Dostlar Qrupunun 160 üzvü, siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, dini liderlər və din xadimlərinin iştirakı nəzərdə tutulur.

Forumda “Sülh birliyi: İnamın bərpası, gələcəyin yenidən qurulması: bəşəriyyət naminə iyirmi illik dialoq ətrafında müzakirələr” mövzusunda sülh və təhlükəsizlik, dünyada etimad və həmrəyliyin bərpa edilməsinə aid qlobal problemlərin müzakirəsi planlaşdırılır.

Cavid