KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 17:49
28 Noyabr 17:49
28 Noyabr 14:32
28 Noyabr 11:59
28 Noyabr 10:45
Ağcabədi rayonunun Salmanbəyli kəndində göyərçin ovlayan şəxsə cəza verilib.
Xalqcebhesi.az xəbər verir ki, 1989-cu il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş G.F. qadağan edilmiş yerdə ov etdiyi üçün saxlanılıb.
O, qadağan edilmiş yerdə 12 kalibrli silahla 32 ədəd göyərçin, 2 ədəd qumru quşu, bir ədəd bildirçin ovlayıb. G.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərətib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib və 6 ay müddətə ov hüququ məhdudlaşdırılıb.