Bakıda bir nəfərin 251 min dolları ələ keçirilib, saxlanılan var Hadisə

Bakıda bir nəfərin 251 min dolları ələ keçirilib, saxlanılan var

Polis Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfəri müəyyən edərək saxlayıb.

DİN xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.