

18 Aprel 19:52
Məlumat verildiyi kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.
FHN-in mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Əlavə məlumat veriləcək.