Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub, ata-anası xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB Hadisə

Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub, ata-anası xəsarət alıb  - FOTO - VİDEO - YENİLƏNİB

Məlumat verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

08:59

Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.

Dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.

Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

***

08:41

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub, ata-anası xəsarət alıb - FOTO  - VİDEO  - YENİLƏNİB Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub, ata-anası xəsarət alıb - FOTO  - VİDEO  - YENİLƏNİB Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub, ata-anası xəsarət alıb - FOTO  - VİDEO  - YENİLƏNİB Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub, ata-anası xəsarət alıb - FOTO  - VİDEO  - YENİLƏNİB