2000 manatlıq inəyinizi canavar yesə pulu ödənə bilər...
4 Dekabr 23:28
4 Dekabr 23:28
4 Dekabr 23:08
“Qərbin bir çox təsisatları, institutları, xüsusən də insan haqlarının müdafiəsi, demokratiyanın qorunması, müəyyən yardımların inkişafa yönəldilməsi ilə bağlı missiya üzərinə götürmüş bir çox təşkitlar, təsisatlar öz maraq və məramlarından tamamilə kənarda fəaliyyət göstərirlər”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı deyib.
Politoloq əlavə edib ki, əslində onların büründükləri insan haqları, demokratiya kimi don sadəcə olaraq göstəriş, kamuflaj məqsədi daşıyır: “Bu təsisatların, xüsusən də bəzi informasiya qurumlarının bu prosesə alət edilməsi də Qərbdən müəyyən direktivlərin həyata keçirilməsi hədəfinin olduğunu göstərmiş olur. Bəllidir ki, burada da əsas vasitələrdən biri köklü media qurumlarından istifadə olunmasıdır. Məsələn, “Washington Post”, “The Guardian”, “CNN” kimi köklü informasiya mənbələrinin də bu prosesə cəlb olunması əslində əsl niyyətin nədən ibarət olduğunu, beynəlxalq ictimaiyyətin diqqətini bu çirkin, riyakar maraqların təminatına fərqli şəkildə yönləndirmək kimi hədəflərin olduğunu göstərir”.
Röya İsrafilova