Samir Məmmədov: Azərbaycanda radio ötürücülərin sayı 2 dəfədən çox artırılıb Hadisə

Samir Məmmədov: Azərbaycanda radio ötürücülərin sayı 2 dəfədən çox artırılıb

Bu il Azərbaycanda 124 ədəd radio ötürücü istismara verilib, 52 ədəd radio ötürücü isə yenilənib.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı" adlı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O, qeyd edib ki, bununla radio ötürücü sayı 2 dəfədən çox artıb: "FM radio yayımlarının tətbiqi aşağı enerji effektivliyinə və ötürmə keyfiyyətinə malik olan AM radio yayımların mərhələli şəkildə dayandırılmasına imkan yaradıb. 2019-cu ildə ölkə ərazisi FM radio yayımla tam əhatə edildikdən sonra AM yayımlar dayandırılıb. Bu transformasiya nəticəsində radioyayım üçün illik enerji istehlakı və bununla əlaqədar karbon emissiyası kəskin şəkildə - 17,4 kiloton azalıb. Elə həmin il Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartlı rəqəmsal radioyayımına başlanılıb".