Rövşən Rüstəmov: Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı işlərin 60%-i yerinə yetirilib Hadisə

Rövşən Rüstəmov: Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı işlərin 60%-i yerinə yetirilib

Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı işlərin 60 %-i yerinə yetirilib.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

O qeyd edib ki,Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı işlərin 60 %-i yerinə yetirilib:

"Tunellərin biri artıq tam bitib, ikinci tuneldə qazıntı işləri aparılıb. Demək, Horadiz-Ağbənd dəmir yolu ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir"

R. Rüstəmov həmçinin əlavə edib ki, Bərdə-Ağdam layihəsində yol artıq tamamlanıb: "Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir".